Bizim vakansiyalar
“DiVi” daim inkişaf edən, böyüyən və irəliyə doğru gedən bir şirkətdir.Bizim üçün karyera inkişafı iş mədəniyyətimizin ayrılmaz hissəsidir. Biz yeniliklərə açığıq və yeni ideyaları və fərqli yanaşmaları təşviq edirik. Məqsədimiz hər bir işçinin öz potensialını reallaşdıra biləcəyi şərait yaratmaqdır.
Xahiş edirik məktubun mövzusundakı hansı vəzifəni iddia etdiyinizi göstərin.
Biz axtarırıq:
📍 Lokasiya: Rəşid Behbudov 89
Komandamız böyüyür və biz B2B satış sahəsində inkişaf etmək istəyən, təşəbbüskar və məqsədyönlü həmkar axtarırıq! Əgər korporativ müştərilərlə iş üzrə minimum 1 il təcrübən varsa — ola bilsin, məhz səni axtarırıq 😊
🔹 Sənin vəzifələrin:
— B2B seqmentində yeni müştərilərin cəlb olunması
— Danışıqların aparılması, ehtiyacların təhlili və fərdi təkliflərin hazırlanması
— Satış prosesinin başlanğıcdan sonadək idarə olunması
— CRM sistemində işləmək və hesabatların hazırlanması
— Müştəri məmnuniyyəti üçün digər şöbələrlə koordinasiya
🔹 Bizim üçün vacibdir:
— B2B satış sahəsində azı 1 il iş təcrübəsi
— Ünsiyyətcilik və nəticəyə fokuslanma
— Ofis proqramları və CRM sistemləri ilə işləmə bacarığı
— Məsuliyyətli və təşəbbüskar yanaşma
Əgər sən də böyüməyə, şəffaf ünsiyyətə və şəxsi töhfələrin dəyərləndirildiyi komandada çalışmaq istəyirsənsə — HR@divi.az ünvanına CV-ni göndər və mövzu hissəsində vakansiyanın adını qeyd et.
Tanış olmaq və əməkdaşlıq üçün səbirsizliklə gözləyirik!
Komandamıza diqqətli, məsuliyyətli və sistemli mühasib axtarırıq — “debet” və “kredit” onun üçün sadəcə sözlər deyil, həyat tərzidir 😊
🔍 Bizim üçün vacibdir:
Mühasib kimi ən azı 1 il iş təcrübəsi
1C: Mühasibat və 1C: Ticarətin İdarəolunması proqramlarında əla biliklər
İlkin sənədlərlə, avans hesabatları, gəlir və xərclərlə işləmək bacarığı
Daxili və xarici hesabatların hazırlanması üzrə bacarıq
Diqqətlilik və Excel proqramında sərbəst işləmək bacarığı
💼 Görəcəyiniz işlər:
1C proqramında mühasibat uçotunu aparmaq
Təchizatçılar, müştərilər və banklarla işləmək
İnventarizasiyalarda, yoxlamalarda və qarşılıqlı aktlarda iştirak etmək
Daxili proseslərin avtomatlaşdırılmasında və təkmilləşdirilməsində iştirak
🚀 Bizim təklifimiz:
Sənin təcrübənə hörmətlə yanaşılan rahat iş mühiti
Güclü komandada inkişaf fürsətləri
Aydın və şəffaf əmək haqqı sistemi, hər mərhələdə dəstək
Tapşırıqlara və ideyalara çevik yanaşma
📩 Maraqlısansa, CV-ni HR@Divi.az ünvanına, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndər! 🌐
🖥️ IT mütəxəssisi axtarırıq – komandamıza qoşul!
📍 Lokasiya: Baş ofis (Rəşid Behbudov küçəsi, 89B) | 🕘 İş qrafiki: B.e–Cümə, 09:00–18:00
Əgər texniki biliklərin güclüdürsə, çətinliklərdən çəkinmirsənsə və IT sahəsində maraqlı layihələr üzərində işləmək istəyirsənsə – səni komandamızda görməkdən məmnun olarıq! Şirkətimiz böyüyür və biz IT departamentimizi genişləndiririk – bu səbəbdən texniki infrastrukturumuzu dəstəkləyə və inkişaf etdirə biləcək bir mütəxəssis axtarırıq.
✅ Vəzifələriniz:
Server və şəbəkə infrastrukturunun idarə olunması və dəstəyi
Avadanlıqların (serverlər, şəbəkə avadanlıqları, iş stansiyaları və s.) quraşdırılması və sazlanması
Korporativ IT mühitinin təhlükəsizliyinin və dayanıqlığının təmin olunması
Texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması
Yeni IT həllərinin və layihələrinin tətbiqində iştirak
Avadanlıq və proqram təminatı təchizatçıları ilə əməkdaşlıq
🎁 Təklif etdiklərimiz:
Müasir və tam təchiz olunmuş iş mühiti
İş saatları: 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
İstirahət günləri: Şənbə və Bazar
Texnoloji baxımdan maraqlı layihələrdə iştirak
Peşəkar komandanın dəstəyi və davamlı inkişaf
Rəsmi əmək müqaviləsi
Rəqabətə davamlı əmək haqqı (müsahibə əsasında təyin olunur)
Müasir avadanlıq və texnologiyalarla iş
Səmimi və dostyana kollektiv, hörmət dolu münasibət
✅ Tələblərimiz:
IT mühəndisi və ya sistem administratoru kimi minimum 1 il iş təcrübəsi
Şəbəkə texnologiyaları, Windows/Linux serverləri üzrə əla biliklər
İnformasiya təhlükəsizliyi üzrə əsas anlayışlar
Yeni texnologiyalara tez adaptasiya və problemi çevik həll etmə bacarığı
Ünsiyyət bacarığı, məsuliyyətlilik və nəticəyə fokuslanma
Sertifikatlar (Cisco, Microsoft, CompTIA) – üstünlükdür
📩 Bizimlə işləməyə hazırsansa: CV-ni HR@divi.az ünvanına, mövzu hissəsində “IT Engineer” yazmaqla göndər!
Gələcəyin texnoloji ekosistemini birgə quraq! 🌐
🚀 Server satışları üzrə mütəxəssis axtarırıq!
📍 Lokasiya: Baş ofis (Rəşid Behbudov küçəsi, 89B) | 🕘 İş qrafiki: B.e–Cümə, 09:00–18:00
Şirkətimizin genişlənməsi ilə əlaqədar komandamıza aktiv və texniki biliklərə malik server satış mütəxəssisi axtarırıq. Məqsədimiz – müştərilərimizə onların IT infrastrukturları üçün ən uyğun həlləri təqdim etməkdir.
✅ Vəzifələriniz:
Müştərilərə server avadanlıqları üzrə məsləhətlərin verilməsi: brendlər, konfiqurasiyalar, əlavə həllər
Kommersiya təkliflərinin hazırlanması və danışıqlarda iştirak
Satış prosesinin bütün mərhələlərinin idarə olunması – sorğudan çatdırılmaya qədər
Layihə detalları ilə bağlı texniki komanda ilə əməkdaşlıq
Korporativ müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və inkişafı
🎁 Təklif etdiklərimiz:
Şəhərin mərkəzində yerləşən müasir ofisdə rahat iş şəraiti
İş saatları: 09:00–18:00 (nahar fasiləsi 13:00–14:00)
İstirahət günləri: Şənbə və Bazar
Karyera və peşəkar inkişaf imkanları
Təcrübəli texniki komandadan dəstək və təlimlər
Rəsmi əmək müqaviləsi
Rəqabətədavamlı əmək haqqı + satışdan faiz
Lider brendlərlə və maraqlı layihələrlə iş
Mehriban komanda və pozitiv iş mühiti
✅ Tələblərimiz:
B2B satış təcrübəsi (IT və ya server avadanlıqları sahəsində olması üstünlükdür)
Serverlər, şəbəkə və data mərkəz avadanlıqları üzrə əsas anlayışlar
Ünsiyyətcilik, təşəbbüskarlıq və nəticəyə yönəliklik
IT bazarının və müasir texnologiyaların bilikləri üstünlük hesab olunur
📩 Maraqlısansa: CV-ni HR@divi.az ünvanına, mövzu hissəsində vakansiya adını qeyd etməklə göndər!
Gələcəyin texnoloji dünyasını birlikdə quraq! 💡
✅ Vəzifə öhdəlikləri:
Printerlər, skanerlər və digər avadanlıqlarda nasazlıqların diaqnostikası və aradan qaldırılması; hissələrin dəyişdirilməsi və təmiri; planlı texniki xidmətlərin həyata keçirilməsi
Yeni printerlərin quraşdırılması, parametrlərin tənzimlənməsi, şəbəkəyə qoşulması və korporativ sistemlərə inteqrasiyası; sürücülərin və proqram təminatının quraşdırılması
İstehlak materiallarının (kartriclər, kağız və s.) ehtiyatlarına nəzarət və idarəetmə; ehtiyat hissələrinin və materialların sifarişi; təchizatçılarla əlaqə
Görülən işlər barədə qeydiyyat aparmaq; avadanlıqların və materialların vəziyyəti ilə bağlı hesabatların hazırlanması
✅ Rahat iş şəraiti üçün biz təklif edirik:
İş yeri: Baş ofis (Rəşid Behbudov 89B)
İş qrafiki: 09:00–18:00 (nahar fasiləsi 13:00–14:00)
İstirahət günləri: Şənbə və Bazar
Peşəkar inkişaf və təcrübə toplamaq üçün imkanlar
Müəyyən şərtlərlə digər şöbələrdə vəzifə dəyişikliyi fürsətləri
Üfüqi və şaquli karyera artımı perspektivləri və nəticələrə əsasən əmək haqqının yenidən nəzərdən keçirilməsi
Praktik biliklər üçün satış texnikası üzrə təlimlər
Adaptasiya dövründə rəhbərlik, HR və kollektiv tərəfindən dəstək və mentorluq
Rəsmi əmək müqaviləsi
Əmək haqqı müsahibə zamanı razılaşdırılır
✅ Namizəddən gözləntilərimiz:
Printerlər və ofis avadanlıqları ilə iş təcrübəsi arzuolunandır
Müxtəlif printer modellərinin texniki xüsusiyyətləri və iş prinsipləri haqqında bilik
Rəqəmsal (inkjet) və lazer printerlərin xüsusiyyətlərini anlamaq
İngilis dilində sərbəst ünsiyyət bacarığı
Təlim və öyrənmə məqsədilə xaricə ezamiyyətlərə hazır olmaq
Diqqətlilik, yüksək təşkilatçılıq və məsuliyyətlilik