Canon Inspiration Days 2026

Fotoqrafiya və görüntüləmə texnologiyalarının gələcəyinə həsr olunmuş Canon Inspiration Days 2026 tədbiri peşəkarları, məzmun yaradıcılarını və Canon həvəskarlarını bir araya gətirdi.

Tədbir çərçivəsində iştirakçılar Canon-un ən son məhsulları və texnologiyaları ilə yaxından tanış oldular, sahənin aparıcı mütəxəssislərinin təqdimatlarını dinlədilər və praktiki təcrübələr əldə etdilər.

DiVi olaraq belə dəyərli tədbirin bir parçası olmaqdan məmnunluq duyuruq və iştirak edən hər kəsə təşəkkür edirik.

İnnovasiya, bilik və yaradıcılıq yolunda yeni görüşlərə qədər!