Bizim vakansiyalar

“DiVi” daim inkişaf edən, böyüyən və irəliyə doğru gedən bir şirkətdir.Bizim üçün karyera inkişafı iş mədəniyyətimizin ayrılmaz hissəsidir. Biz yeniliklərə açığıq və yeni ideyaları və fərqli yanaşmaları təşviq edirik. Məqsədimiz hər bir işçinin öz potensialını reallaşdıra biləcəyi şərait yaratmaqdır.

Xahiş edirik məktubun mövzusundakı hansı vəzifəni iddia etdiyinizi göstərin.

Biz axtarırıq:

📍 Lokasiya: Rəşid Behbudov 89

Komandamız böyüyür və biz B2B satış sahəsində inkişaf etmək istəyən, təşəbbüskar və məqsədyönlü həmkar axtarırıq! Əgər korporativ müştərilərlə iş üzrə minimum 1 il təcrübən varsa — ola bilsin, məhz səni axtarırıq 😊

🔹 Sənin vəzifələrin:
— B2B seqmentində yeni müştərilərin cəlb olunması
— Danışıqların aparılması, ehtiyacların təhlili və fərdi təkliflərin hazırlanması
— Satış prosesinin başlanğıcdan sonadək idarə olunması
— CRM sistemində işləmək və hesabatların hazırlanması
— Müştəri məmnuniyyəti üçün digər şöbələrlə koordinasiya

🔹 Bizim üçün vacibdir:
— B2B satış sahəsində azı 1 il iş təcrübəsi
— Ünsiyyətcilik və nəticəyə fokuslanma
— Ofis proqramları və CRM sistemləri ilə işləmə bacarığı
— Məsuliyyətli və təşəbbüskar yanaşma

Əgər sən də böyüməyə, şəffaf ünsiyyətə və şəxsi töhfələrin dəyərləndirildiyi komandada çalışmaq istəyirsənsə — HR@divi.az ünvanına CV-ni göndər və mövzu hissəsində vakansiyanın adını qeyd et.

Tanış olmaq və əməkdaşlıq üçün səbirsizliklə gözləyirik!

🚀 Server satışları üzrə mütəxəssis axtarırıq!

📍 Lokasiya: Baş ofis (Rəşid Behbudov küçəsi, 89B) | 🕘 İş qrafiki: B.e–Cümə, 09:00–18:00

Şirkətimizin genişlənməsi ilə əlaqədar komandamıza aktiv və texniki biliklərə malik server satış mütəxəssisi axtarırıq. Məqsədimiz – müştərilərimizə onların IT infrastrukturları üçün ən uyğun həlləri təqdim etməkdir.

✅ Vəzifələriniz:

  • Müştərilərə server avadanlıqları üzrə məsləhətlərin verilməsi: brendlər, konfiqurasiyalar, əlavə həllər

  • Kommersiya təkliflərinin hazırlanması və danışıqlarda iştirak

  • Satış prosesinin bütün mərhələlərinin idarə olunması – sorğudan çatdırılmaya qədər

  • Layihə detalları ilə bağlı texniki komanda ilə əməkdaşlıq

  • Korporativ müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və inkişafı

🎁 Təklif etdiklərimiz:

  • Şəhərin mərkəzində yerləşən müasir ofisdə rahat iş şəraiti

  • İş saatları: 09:00–18:00 (nahar fasiləsi 13:00–14:00)

  • İstirahət günləri: Şənbə və Bazar

  • Karyera və peşəkar inkişaf imkanları

  • Təcrübəli texniki komandadan dəstək və təlimlər

  • Rəsmi əmək müqaviləsi

  • Rəqabətədavamlı əmək haqqı + satışdan faiz

  • Lider brendlərlə və maraqlı layihələrlə iş

  • Mehriban komanda və pozitiv iş mühiti

✅ Tələblərimiz:

  • B2B satış təcrübəsi (IT və ya server avadanlıqları sahəsində olması üstünlükdür)

  • Serverlər, şəbəkə və data mərkəz avadanlıqları üzrə əsas anlayışlar

  • Ünsiyyətcilik, təşəbbüskarlıq və nəticəyə yönəliklik

  • IT bazarının və müasir texnologiyaların bilikləri üstünlük hesab olunur

📩 Maraqlısansa: CV-ni HR@divi.az ünvanına, mövzu hissəsində vakansiya adını qeyd etməklə göndər!

Gələcəyin texnoloji dünyasını birlikdə quraq! 💡